Tıxacdan xilas yolları: dünya təcrübəsi

"Statistik məlumatlara görə, 2015-ci il yanvar ayının 1-dən Azərbaycanda hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı 117 ədəd təşkil edib". Avtosfer.az bildirir ki, bunu aznews.az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə avtomobil idxalı yarıya qədər azalıb: "Buna baxmayaraq, Bakı şəhərində avtomobil yollarında sıxlıq problemi hələ də tənzimlənməyib. Bu problemin həllinin müxtəlif yolları olsa da, eyni ölkə daxilində avtomobillərin hərəkətinin bir ərazı vahidindən o birisinə daxil olmasının məhdudlaşdırılması praktikasına nadir hallarda rast gəlinir. Lakin bəzi ölkələrdə bu problemin həlli üçün avtomobillərdə sərnişinlərin sayına məhdudiyyətlər qoyulması halları mövcuddur".
Q.İbadoğlu bildirib ki, San-Marinoda hər min nəfərə 1263 maşın düşür, ABŞ-da bu göstərici 1000-ə yaxınlaşır: "Məsələn, Vaşinqtonda iş saatlarında paytaxta gedən və paytaxtdan gələn, sərnişinlərinin sayı 2 və ya 3-dən çox olan minik maşınları üçün ayrıca hərəkət zolağı vardır. Adətən bu zolaqda sıxlıq müşahidə olunmur. Bu qayda bir tərəfdən avtomobildə daşınan sərnişinlərin sayının səmərəliliyini, digər tərəfdən də ekoloji sağlamlığı təşviq edir. Odur ki, Azərbaycanda da rayondan gələn minik avtomobillərinin Bakı şəhərinə daxil olmasını məhdudlaşdırmaq əvəzinə, avtomobildə daşınan sərnişinlərin sayının stimullaşdırılmasına yönələn tədbirlər həyata keçirmək məqsədəmüvafiq olardı. İkincisi, iş günləri ilə istirahət günlərində hərəkət tənzimlənməsi fərqli qaydalarda aparılmalıdır".
İqtisadçı-ekspert vurğulayıb ki, dünyanın Nyu-York və Vaşinqton kimi böyük şəhərlərdə istirahət və bayram günləri maşınlar üçün nəzərdə tutulan bələdiyyələrə məxsus olan park yerlərində ödəniş haqqı alınmır: "Bu da həmin şəhərlərdə hərəkətin proporsionallığına müsbət təsir göstərir. Nəhayət, sıxlığın aradan qaldırılması məqsədilə ictimai nəqliyyatın hərəkətinin düzgün tənzimlənməsi çox vacibdir. Bunun üçün onların hərəkət marşrutlarının və dayanacaqlarının ümumi istifadə yollarından ayrılması təcrübəsi də tətbiq oluna bilər".
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü










