Tıxacların artması avtomobillərin sayı ilə əlaqədardır? - RƏSMİ RƏQƏMLƏR

Son illər paytaxtda nəqliyyatın hərəkəti çətinləşib. Bunun bir çox adekvat səbəbləri olsa da, mühüm amillərdən biri avtomobillərin sayının artmasıdır.
Bəs əvvəlki illərlə müqayisədə avtomobillərin sayında artım nə qədərdir?
Avtosfer.az Dövlət Statistika Komitəsinin hesabatlarına istinadən hazırladığı məlumatı təqdim edir.
Son dörd ilin müqayisə etsək, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin sayı 1 496 267 ədəd olub, 2024-cü ildə isə bu rəqəm 1 873 405 ədədə çatıb.
2024-cü ildə ən çox istifadə olunan 10 avtomobil markası:
1. "Mercedes-Benz" - 220 242 ədəd;
2. VAZ-2101, 03-06 - 199 068 ədəd;
3. VAZ-2105, 2107 və modifikasiyaları - 126 469 ədəd;
4. "Toyota" - 115 151 ədəd;
5. KIA - 97 753 ədəd;
6. "Opel" - 72 044 ədəd;
7. VAZ-2121 və modifikasiyaları - 36 131 ədəd;
8. BMW - 44 584 ədəd;
9. "Nissan" - 48 475 ədəd;
10. "Chevrolet" - 54 973 ədəd.
Ən az istifadə olunan 10 avtomobil markası:
1. "Rolls Royce" - 74 ədəd;
2. "Range Rover" - 91 ədəd;
3. "Isuzu" - 99 ədəd;
4. "Buick" - 124 ədəd;
5. "Alfa Romeo" - 269 ədəd;
6. GMC - 323 ədəd;
7. "Citroen" - 336 ədəd;
8. "Hummer" - 349 ədəd;
9. "Bentley" - 371 ədəd;
10. "Mini Cooper" - 404 ədəd.
Qeyd edək ki, taksi xidmətində tez-tez rast gəlinən Çin markası olan BYD 2024-cü ildə 4 083, "Changan" isə 8 950 ədəd olub. Eyni dövrdə ölkədə minik avtomobillərinin arasında elektrik mühərrikli avtomobillərin sayı 5 941, hibrid avtomobillər isə 66 385 ədəd təşkil edib. Hibrid avtomobillərdən plagin hibridlərin sayı 9 749-dur.
Hesabat ilində hər 1 000 nəfərə düşən bütün avtomobillərin sayı 179, hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı isə 155 olub.(oxu.az)
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Valideyni onu döydüyünə görə 200 manat cərimələnməsi uşağa necə təsir edəcək? – EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO










