Töhmət alan icra başçısına yeni vəzifə verildi

Adil Əliyev Dünya Kikboksinq Təşkilatının (WAKO) Beynəlxalq İnkişaf Komitəsinin üzvü təyin olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə WAKO prezidenti Roy Baker tərəfindən göndərilən rəsmi məktubda bildirilib.
Qeyd olunub ki, bu təyinat Adil Əliyevin idmanın, xüsusilə kikboksinqin Azərbaycanda və daha geniş regionda inkişafına verdiyi töhfələrin göstəricisidir.
Məktubda qeyd edilib ki, Beynəlxalq İnkişaf Komitəsinin sədri WAKO-nun birinci vitse-prezidenti Espen Lunddur.
Komitənin əsas məqsədi dünyanın müxtəlif regionlarında kikboksinq idman növünü inkişaf etdirmək, genişləndirmək və təşviq etmək, ölkələr arasında əməkdaşlığı gücləndirmək, qarşılıqlı anlaşma və idmanda mükəmməlliyə nail olunmasına xidmət edən təşəbbüslər həyata keçirməkdir.
WAKO rəhbərliyi bu nüfuzlu təyinat münasibətilə Adil Əliyevi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb (Müsavat.com).
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO












