Tokio metrpoliteninin qatarlarında klassik musiqi səsləndiriləcək

Tokio metropoliteninin qatarlarında eksperiment olaraq klassik musiqi əsərlərinin səsləndirilməsinə başlanıb. Məqsəd sərnişinlərin səfərini daha rahat etməkdir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “Tokyo Metro” şirkəti həmin eksperimenti yanvarın 29-dan tətbiq etməyə başlayıb. İdeya ötən ilin iyulunda qatarların xəttə buraxılması ərəfəsində səsləndirilən melodiya əvəzinə səhvən klassik musiqinin verilməsindən sonra meydana gəlib. Bu barədə xəbər sosial şəbəkələrdə yayıldıqdan sonra sərnişinlərin əksəriyyəti öz şərhlərində bu gözlənilməz musiqi fonunun insanlarda xoş təəssürat yaradacağını bildirib.
Şirkət bu xidmətin təqdim edilmə vaxtını, musiqi janrını və səsin ucalığı məsələlərini araşdırdıqdan sonra ondan istifadə barədə rəsmi qərar qəbul edəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












