“Topaz” müştəriləri necə aldadır? - Fotolar

İyunun 10-da futbol üzrə Avropa çempionatı start götürəcək. Avtosfer.az sport7.az xəbər verir ki, Fransanın ev sahibliyi etdiyi turnir üçün bukmeker kontorları müxtəlif mərc növlərini azarkeşlərinə təqdim edib. Bunlardan biri də ölkəmizdə rəsmi mərc şirkəti kimi fəaliyyət göstərən "Topaz"dır. Ancaq bukmeker kontoru yenə müştərilərini aldadıb. Belə ki, "Topaz" mərc həvəskarlarından "Avro-2016"da kimin bombardir olacağını soruşur. Təxmin üçün də proqramda müxtəlif əmsallarla 37 futbolçunun adı qeyd olunub. Amma iş burasındadır ki, təklif olunan futbolçular arasında bombardir olacağı 12 əmsalla qiymətləndirilən, ancaq Fransa millisinə dəvət almayan Kərim Benzemanın da adı daxil edilib. Bundan başqa final mərhələsində iştirak etmək üçün Almaniya yığmasına cəlb edilməyən Marko Roysun da adı "Topaz" tərəfindən mərc həvəskarlarına təqdim edilib. Almaniyalı televiziya qarşısında yarışı izləyəcəyi halda "Topaz" onun bombardir olacağını 27 əmsalla qiymətləndirib.


İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO










