“Topaz”da işləyən şəxsi döyüb öldürən dəstə üzvləri tutuldu - FOTOLAR

Ölkənin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən bu il sentyabr ayının 24-də Füzuli rayon sakini Amal Nadirlinin Sumqayıt şəhəri ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülməsi, zərərçəkənin baş nahiyyəsinin əziyi xəsarətləri ilə Bakı Şəhəri Neyrocərrahiyyə Xəstəxanasına daxil olması və aldığı xəsarətlərdən orada ölməsi faktı əsasında əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) rəhbərliyinin xüsusi nəzarəti altında həyata keçirilən əməliyyat nəticəsində A.Nadirlinin Abşeron rayonu Saray qəsəbə sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İsgəndərov tərəfindən döyüldüyü müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırma zamanı məlum olub ki, qeyd olunan cinayətdə şübhəli bilinən şəxslər Saray qəsəbəsində “Topaz” mərc oyunları məntəqəsində işləyən A.Nadirlinin pulunu quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə qrup halında birləşiblər. Hazırlanan plana əsasən, dəstə üzvü K.Qurbanov Ə.İsgəndərovun mobil telefonu vasitəsilə A.Nadirlinin obyektdən çıxaraq taksiyə minib getməsini dəstənin digər üzvlərinə xəbər verib. Dəstənin digər 4 üzvü Ç.Babayevin avtomobilində onu təqib etməyə başlayıblar. Sumqayıt şəhərinə çatanda isə A.Nadirli taksidən düşərək avtobusa minib. Bu zaman dəstə üzvlərindən F.Bağırov, M.Eyvazov və Ə.İsgəndərov növbə ilə həmin avtobusa minərək A.Nadirlini izləyiblər. Avtobusdan düşəndən sonra F.Bağırov və M.Eyvazov A.Nadirliyə hücum edərək onu döyüb 550 manat pulunu alaraq hadisə yerindən qaçıblar. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Emin
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”


















