"Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verilib

Bu gün ümummilli lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verilib. Avtosfer.az-ın məlumatına görə, turun birinci mərhələsi Dövlət Bayrağı Meydanında başlayıb. Buradan velosipedçilər Sumqayıtadək 150 kilometr məsafəni qət edəcəklər. Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir. İştirakçılar ikinci mərhələdə Bakı-İsmayıllı (187 km), üçüncü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq, bu il turun 4-cü mərhələsinə Ağsu dolayları əlavə edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












