"Tour d`Azerbaidjan-2017"-nin keçirilmə vaxtı müəyyənləşib

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d`Azerbaidjan" veloyürüşü gələn il 3-7 may tarixlərində keçiriləcək. Artıq bu yarış UCİ-ın 2017-ci il üçün müəyyənləşdirdiyi təqvim plana daxil edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından trend-ə verilən məlumata görə, veloturun məhz bu tarixlərdə keçirilməsi mayın 12-22-də Azərbaycanın qəbul edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları ərəfəsində dünya idman ictimaiyyətinin diqqətini bir daha ölkəmizə yönəltmək üçün gözəl imkandır.
Xatırladaq ki, Bakı-2015 İlk Avropa Oyunları öncəsi təşkil olunan “Tour d`Azerbaidjan” veloyürüşünün marşrutu da məhz Oyunların keçirildiyi idman qurğularını təbliği baxımından mühüm əhəmiyyət kəsb edirdi.
UCİ-ın təqvim planında nüfuzuna görə dünya çempionatı və Dünya Kubokundan sonra gələn, növbəti il oktyabrın 1-də Azərbaycanda keçiriləcək dağ velosipedi üzrə HC (High-Class) kateqoriyalı "Champion-Race Azerbaijan" beynəlxalq yarışı da yer alıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












