"Tour d’Azerbaidjan" veloturunun kateqoriyası artırıla bilər

"Tour d’Azerbaidjan-2017” veloturunu xüsusi təqdim etməyə ehtiyac yoxdur. Bu yarış Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planında xüsusi yer tutur. Əminliklə söyləyə bilərəm ki, "Tour d’Azerbaidjan”nın təşkilatçılarına dünya turu kateqoriyalı yarışların təşkilini tam etibar etmək olar”. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Velosipedçilər Birliyinin (UEC) vitse-prezidenti, qurumun şose velosipedi növü üzrə komitəsinin rəhbəri Aleksandr Qusyatnikov deyib. O bildirib ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) rəhbərliyi ilə bu idman növünün daha da inkişafına dair daim müzakirələr aparır: "Biz yalnız "Tour d’Azerbaidjan” yarışı zamanı deyil, həm də digər vaxtlarda müzakirələr aparırıq. Nəzərə alaq ki, AzVİF-in vitse-prezidenti Sahib Ələkbərov Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü seçilib. Biz hər tədbirdə, toplantıda görüşür və müzakirələr aparırıq. Velosiped idmanı inkişaf etməyən hansısa ölkənin nümayəndəsini belə bir quruma məsul vəzifəyə seçməzdilər. Azərbaycanda son illər velosiped idmanı sürətlə inkişaf edir. Ölkənizdə bu istiqamətdə böyük işlər görülür. Nüfuzlu "Tour d’Azerbaidjan” yarışının mükəmməl təşkili də bunun sübutudur. İsmayıllıda velosiped zavodu istifadəyə verilib. Azərbaycan velosipedləri kənardan almır, öz daxili istehsalından istifadə edir. Burada velosiped yollarının tikilməsi də bu idman növünün inkişafı üçün atılan önəmli addımlardandır”.
UEC-in vitse-prezidenti "Tour d’Azerbaidjan” yarışının kateqoriyasının artırılmasının gündəmdə olduğunu bildirib: "Tour d’Azerbaidjan” yarışı ilə bağlı gələcək planlar haqda sirrləri hələ ki, açmaq istəməzdim. Ancaq AzVİF-in vitse-prezidenti Sahib Ələkbərovla müzakirələrimizdə "Tour d’Azerbaidjan” yarışının kateqoriyasının artırılması məsələsinin gündəmdə olduğu vurğulanıb. Ola bilər dünyada müşahidə olunan iqtisadi böhranın səngiməsi üçün bir qədər gözləmək lazım gəlsin. "Tour d’Azerbaidjan” yarışına maraq hər il daha da artır və sözügedən veloturun kateqoriyasının artırılması gündəmdədir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












