"Tour d’Azerbaïdjan-2017" - 19 ölkə, 23 komanda

Mayın 3-7-də dünya velosiped aləminin ürəyi yenidən Azərbaycanda döyünəcək. Avtosfer.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, planetin müxtəlif qitələrini təmsil edən 19 ölkənin 23 komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ənənəvi, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan" veloturunda mübarizə aparacaq.
5 gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərləri, həmçinin Qaradağ, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Göyçay və Ağsu rayonlarının ərazisindən keçməklə ümumilikdə 836 km məsafə qət edəcəklər.
Ötən illə müqayisədə, bu il turun marşrutunda ən önəmli dəyişiklik 4-cü mərhələ ilə bağlıdır. Yarışın ən çətin dağ mərhələsinə Ağsu aşırımı da əlavə edilib ki, bunun da mübarizəyə əlavə rəng qatacağı şübhəsizdir. "Tour d’Azerbaïdjan-2017"nin proqramı belədir:
1-ci mərhələ - 03.05.2017
Bakı - Sumqayıt (150 km)
2-ci mərhələ - 04.05.2017
Bakı - İsmayıllı (187 km)
3-cü mərhələ - 05.05.2017
Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ (177 km)
4-cü mərhələ - 06.05.2017
Qəbələ - İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu (164 km)
5-ci mərhələ - 07.05.2017
Bakı - Abşeron - Bakı (158 km)
Bu ilki turda iştirakını təsdiqləmiş 23 komandadan 6-sı Pro-Kontinental, 17-si isə Kontinental statusludur.
Pro-Kontinental
"Team Novo Nordisk" (ABŞ)
"Gazprom-Rusvelo" (Rusiya Federasiyası)
"Wilier-Triestina" (İtaliya)
"Nippo-Vini Fantini" (İtaliya)
"Israel Cycling Academy" (İsrail)
"Delko Marseille Provence KTM" (Fransa)
Kontinental
"Synergy Baku Cycling Project" (Azərbaycan)
"Amplatz-BMC" (Avstriya)
"Hrinkow Advarica" (Avstriya)
"CCB Velotooler" (ABŞ)
"Team Illuminate" (ABŞ)
"Astana City" (Qazaxıstan)
"Bridgestone Anchor Cycling Team" (Yaponiya)
"Dukla Banska Bystrica" (Slovakiya)
"Kolss Cycling Team" (Ukrayna)
"Kuwait-Cartucho.es" (Küveyt)
"Minsk Cycling Club" (Belarus)
"Qinghai Tianyoude Cycling Team" (Çin Xalq Respublikası)
"Rietumu Banka-Riga" (Latviya)
"Tabriz Shahrdary Team" (İran İslam Respublikası)
"Team Sauerland NRW P/B Henley and Partners" (Almaniya)
"Tourku Shekerspor" (Türkiyə)
"VIB Bikes" (Bəhreyn)
Qeyd edək ki, "Tour d’Azerbaïdjan" veloturunun son 2 ildə komanda hesabında qalibi Azərbaycanın "Synergy Baku Cycling Project" komandası olub.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












