Tovuzda 3 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub – FOTO+VİDEO

Tovuz rayonunun Qovlar şəhəri, Alakol və Əyyublu kəndləri arasında olan avtomobil yolu yenidən qurulub. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a daxil olan məlumata görə, yenidənqurma 15 km-lik hissədə aparılıb. Yolun əsaslı şəkildə təmir edilməməsi nəticəsində asfalt-beton örtük sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkətinə mane olurdu. Artıq bu problem tam olaraq aradan qaldırılıb.
Tikinti layihəsi çərçivəsində yolun 820 metrlik hissəsi I, qalan hissəsi isə III texniki dərəcəyə uyğun yenidən qurulub. Hərəkət zolaqları 820 m-lik hissədə 4, qalan hissədə isə 2-dir. Yolun hərəkət hissəsinin eni 7 m, çiyinlərin eni 0,5 m bərkidici zolaqlarla birgə 2,5 m olmaqla torpaq yatağının eni 12 metr təşkil edir.
Yenidənqurma işləri zamanı zəruri olan yerlərdə yol yatağı kipləşdirilib, daha sonra 37,9 min kubm həcmində və 25 sm qalınlığında çınqıldan əsasın alt layının, 20,4 min kubm həcmində və 15 sm qalınlığında optimal qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi aparılıb.
Yolun hərəkət hissəsi asfalt-beton örtüyünün döşənməsi üçün hazır olduqdan sonra 133,1 min kv.m sahədə asfaltlanma işləri aparılıb. İşlər çərçivəsində yola 12 sm qalınlığında 2 laydan ibarət 34,4 min ton asfalt-beton örtük döşənib. Bundan başqa yol üzərində müxtəlif diametrli 10 ədəd suötürücü borular tikilib ki, onların da uzunluğu 130 metr təşkil edir.
Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 m, eni 9,5 m olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib. Körpü 3 aşırımlı olmaqla hər bir tərəfində 1 m enində piyada səkisi də mövcuddur.
Tikinti işləri bitdikdən sonra yol boyu zəruri olan yerlərdə 78 ədəd yol nişanı quraşdırılıb, 7,5 min kv. m yol cizgi və yol göstərici xətləri çəkilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI

















