Tovuzda qəzaya düşən dərman firmasının 4 əməkdaşı evə buraxılıb

Sentyabrın 8-də Tovuz rayonunda baş vermiş ağır yol qəzasında xəsarət alan 5 nəfərdən 4-ü evə buraxılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Hadisə nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü Bağban Qasımov, 1981-ci il təvəllüdlü Bəhmən Məsimov, 1987-ci il təvəllüdlü Sədi Məsimov və 1978-ci il təvəllüdlü Asəf İbadovun səhhəti normal olduğu üçün ambulator müalicəyə buraxılıblar. 1982-ci il təvəllüdlü Vüqar Həsənli isə xəstəxananın travmatologiya şöbəsində müalicəsini davam etdirir. V.Həsənli ağır kəllə-beyin travması aldığından əməliyyat edilib və hazırda vəziyyəti sabitdir. Qeyd edək ki, sentyabrın 8-də səhər saatlarında Tovuz rayonu ərazisində "60-BN-016" dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Avtomobildə olan və xəsarət alanlar dərman firmasının işçiləridir. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












