Toy etmək istəyənlər növbəyə düzülüb, şadlıq evləri qiymətləri qaldırıb - VİDEO

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib.
Toy, nişan və ad günlərinin keçirilməsinə icazənin verilməsi şadlıq evləri və restoran işlədənlərin üzünü güldürüb.
Şadlıq evi sahibi Mahir Zeynalov deyir ki, qərardan sonra zənglərin ardı-arası kəsilmir. Toy etmək istəyənlər sözün əsl mənasında sıraya düzülüblər.
Şadlıq evləri daxilində hazırlıqlar artıq yekunlaşıb, stol və stullar pandemiya şəraitinə uyğun yerləşdirilib. Artıq menyuların qiymətləri də hazırdır. Say məhdudiyyəti və qoyulan ciddi tələblər şadlıq evlərində qiymətlərin xeyli artmasına səbəb olub.
Şadlıq sarayının sahibi bildirir ki, yalnız menyulardakı yemək çeşidlərinin sayının azaldılması ilə əvvəlki qiymətlərlə toy etmək mümkündür.
Şadlıq evləri ilə müqayisədə açıq hava məkanlarında toy qiymətləri nisbətən ucuzdur. Çünkü belə məkanlarda əlavə xərclər nisbətən azalır.
Restoran meneceri Fərid Adıgözəlov deyir ki, onlar artıq 3 müxtəlif qiymətdə menyu hazırlayıblar.
İyulun 1-dən belə məkanlarda çalışan işçilərin həm də vaksinasiya tələbləri var. Bu sektorla məşğul olanlar bildirirlər ki, işçilərin vaksinasiya olunması və adlarının portala daxil edilməsi istiqamətində işlərə başlanıb.
Qeyd edək ki, pandemiya ilə əlaqədər ötən ilin mart ayının 13-dən etibarən ölkədə kütləvi toy, nişan və ad günlərinin keçirilməsi qadağan edilib. 1 il 3 aydan sonra nəhayət bu qərar ləğv olunub.
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA
Şagirdlərin həyatı yalnız hansısa imtahan üzərində qurulur - TƏHSİL EKSPERTİ
Müsəlman ölkələri ABŞ və İsrailə qarşı niyə İrana kömək etmir? – Politoloq AÇIQLADI
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınma həcmi 4 milyon tona çatıb - EKSPERT
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO










