Toyda anasının ölüm xəbərini eşidən sürücü ağır qəza törətdi - 5 yaralı var

Şəki rayonunda toydan yasa gedən şəxslər qəzaya düşüblər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Vaqif Abdullayevin idarə etdiyi "VAZ-21011" markalı avtomobil Qax rayonunun Turaclı kənd sakini Həsən Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax rayonunun Turaclı kənd sakinləri - "Mercedes"in sürücüsü H.Həsənov, 1976-cı il təvəllüdlü Sevgili Köçəri qızı Həsənova, 1971-ci il təvəllüdlü Səbuhi Əsəd oğlu Həsənov, 1964 - cü il təvəllüdlü Diləfruz Əsəd qızı Vəliyeva, 1958 - ci il təvəllüdlü Türkan Məhəmməd qızı Əsədova Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, qəzaya düşən şəxslər Mingəçevir şəhərinə toy mərasiminə gediblər. Lakin onlara Qax rayonunun Turaclı kəndində yaşayan qohumlarının - Həsən Həsənov, Diləfruz Həsənova və Səbuhi Həsənovun anasının ölüm xəbəri verilib. Onlar da Qax rayonuna qayıdarkən yolda qəzaya düşüblər.
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












