Toydan qayıdan ailəyə “sürpriz” - VİDEO

Cəlilabadın Seyidbazar kəndində oğurluq faktı qeydə alınıb. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, oğurluq hadisəsi gecə saatlarında, ev sahibi Namiq İsmayılov evdə olmadığı zaman baş verib. Zərərçəkənin sözlərinə görə, o, ailəsi ilə birlikdə qohumlardan birinin toy mərasimində iştirak edib. Toy bitdikdən sonra evinə qayıdan ev sahibi mənzilin qarət olunduğunu görüb.
Zərərçəkən Namiq İsmayılov gecə birin yarısında evə gəldiyini deyib: Gördüm ki, şüşəni sındırıb evə giriblər. 5 min 500 manat pul və bir də həyat yoldaşımın qızıllarını aparıblar.”
Ev sahibi qeyd edib ki, oğrular darvaza bağlı olduğundan, həyətə hasarı aşaraq daxil olublar. Sonra pəncərənin şüşələrini sındıraraq mənzildə axtarışa başlayıblar.
Hazırda faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində oğurluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA












