Toydan qayıdanlar qəzaya düşdü: 2 ölü, 4 yaralı - FOTO-VİDEO

Ağcabədi rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Boyat kəndi ərazisində baş verib. Belə ki, qohumunun toy məclisindən qayıdan İlqar Dadaşov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə Ağcabədi rayon mərkəzi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və qarşıdan gələn "VAZ-2106" markalı avtomobillə toqquşub. Yol qəzası nəticəsində "VAZ-21011" yoldan çıxaraq iri gövdəli ağaca çırpılıb. Həmin avtomobildə olan sərnişinlər - 28 yaşlı Şaban Mehdiyev və 29 yaşlı Vüsal Atakişiyev hadisə yerində dünyasını dəyişib. Digər sərnişinlər - İbadət Həsənov, Elçin Dadaşov, "VAZ-21011"in sürcüsü İlqar Dadaşov və "VAZ-2106"nın sürcüsü Niyaməddin Hüseynov ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan "Report"a bildirilib ki, "VAZ 21011"in sürücüsü sərxoş olub: "Yaralılara dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağır olaraq qalır".
Baş verən yol qəzasının dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 16-da saat 18 radələrində Ağcabədi rayonunun Boyad kəndində rayon sakinləri İlqar Dadaşovun və Niyaməddin Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub, nəticədə idarəetməni itirmiş İ.Dadaşov avtomobili yolun kənarındakı ağaça çırpıb. İ.Dadşovun sərnişinləri - Şaban Mehdiyev və Vüsal Atakişiyev hadisə yerində ölüb, özü və daha 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalar başlanıb.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
















