Toyuqların və xoruzların hesabına "Palmali" gəmisində İŞ: ŞOK DƏLƏDUZLUQ

Bakıda iki qadına qarşı dələduzluq edilib.
Paytaxt sakini olan G. Gülmalıyev dələduzluqda təqsirli bilinir.
Məlumata görə, iki qadına “Palmali” şirkətlər qrupunun balansında olan gəmidə aşpaz köməkçisi düzəldəcəyini vəd edib. Bu məqsədlə onlardan ümumilikdə 5123 manat vəsait alıb. Bu pulların da bir hissəsi toyuq, xoruz, qoyun və s. kimi ev heyvanları olub. Lakin G. Gülmalıyev verdiyi vədi yerinə yetirməyib.
Aldadıldığını görən zərərçəkən qadınlar hüquq-mühafizə orqanlarına üz tutublar. Onların şikayəti əsasında Gülmalıyev məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi açılıb. Məhkəmə qərarı ilə barəsində polisin nəzarətinə verilmə haqqında qərar seçilib.
Cinayət işi üzrə ilk məhkəmə baxışı dekabrın 27-də keçiriləcək. (lent.az)
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanda hərbi toplanış buna görədir
Bakıda işıqforun üç işığı birdən yandı: Sürücülər ... - AÇIQLAMA - VİDEO
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək










