TRACECA ilə yük və sərnişin daşımalarının həcmi açıqlanıb - 6 ay ərzində

Bu ilin yanvar-iyun ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 23884,0 min ton, yük dövriyyəsi isə 4592,0 milyon ton-km olub. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yüklərin 15178,8 min tonu və ya 63,6%-i avtomobil nəqliyyatı, 6472,6 min tonu və ya 27,1%-i dəmir yolu nəqliyyatı, 2232,6 min tonu və ya 9,3%-i dəniz nəqliyyatı ilə daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 9,0% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 19,6% və 34,8%) olub.
Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 14,9%-ni və ya 3567,6 min tonunu tranzit yüklər təşkil edib. Bu ilin yanvar-iyun aylarında dəhliz vasitəsilə 164,6 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 3313,3 mln. sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,2%, sərnişin dövriyyəsi isə 1,2% artıb.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












