TRACECA-nın Azərbaycan seqmentində yükdaşıma 4 faiz azalıb

Ötən il ərzində Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin ümumi həcmi 50,3 mln. ton, yük dövriyyəsi isə 9 917,4 mln. ton/km olub. Yüklərin 31,5 mln. tonu (62,6%) avtomobil nəqliyyatı, 13,8 mln. tonu (27,4%) dəmir yolu nəqliyyatı, 5,0 mln. tonu (10,0%) dəniz nəqliyyatı ilə daşınıb. Avtosfer.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Bildirilib ki, əvvəlki illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 3,7% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 10,9% və 17,7%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 15,7%-ni (7,9 mln. ton) tranzit yüklər təşkil edib.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












