Traktorun qoşqusu ustaların üzərinə aşıb, yaralananlar var - Xudatda

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Xudat-Nabran avtomobil yolunda, avtomobil təmiri sexində qeydə alınıb. Belə ki, Xudat qəsəbəsi, O.Mirzəyev küçəsi, ev 8 ünvanında yaşayan, 1958-ci il təvəllüdlü Ehtiyat Fərzəli oğlu Məmişov və digər qəsəbə sakini, 1957-ci il təvəllüdlü Hətəmşah Ağababa oğlu Şahverdiyev təmirlə məşğul olarkən traktorun qoşqusu qəflətən açılaraq üstlərinə aşıb. Yaralılar əvvəlcə Xudat Rayon Mərkəzi Xəstəxanasına aparılsalar da, ancaq müalicə üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.
Xaçmaz RMX-nın Travmatologiya şöbəsindən "Report"a verilən məlumata görə, zərərçəkmişlərin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












