Tramp Ankaradan qayıdarkən niyə köhnə təyyarəsindən istifadə etdi?

ABŞ Prezidenti Donald Trampın yeni təyyarəsi, ehtimal ki, raket təhlükələrindən müdafiə sistemi ilə təchiz olunmayıb, bu səbəbdən Ankaradan uçarkən o, köhnə təyyarədən istifadə edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, NATO sammitinin keçirildiyi Ankaradan Tramp köhnə prezident təyyarəsi ilə yola düşüb. Böyük Britaniyadakı bazada isə o, Qətər tərəfindən ona hədiyyə edilmiş yeni "Boeing 747-8" prezident təyyarəsinə keçib. Nəşrin mənbələri iddia ediblər ki, yeni hava gəmisi hələ köhnə təyyarə səviyyəsində təchiz olunmayıb. Qəzetin qeyd etdiyinə görə, köhnə layner zenit və aviasiya raketlərinin zərbələrindən qorunma sistemi ilə təmin edilmiş ola bilərdi. Qətərin hədiyyə etdiyi təyyarədə isə, ümumiyyətlə, belə bir avadanlığın olub-olmadığı bəlli deyil. Pentaqonun rəsmi nümayəndələrinin sözlərinə görə, yeni təyyarənin müvafiq sistemlə təchiz edilməsi bir milyard dollara başa gələ bilər və bunun üçün iki ilə qədər vaxt tələb olunur.
Ankarada baş tutan NATO sammitinin yekunlarına dair mətbuat konfransında Tramp bildirib ki, Türkiyədən yeni prezident təyyarəsi ilə qayıtmayacaq, çünki onu Avropada nümayiş etdirmək niyyətindədir.
Qeyd edək ki, Donald Tramp yeni prezident təyyarəsini iyun ayının ortasında təqdim edib. Ötən il Qətərin kral ailəsi tərəfindən ona bağışlanan hava gəmisi 30 ildən çox müddətdə istifadə edilən "Boeing 747-2" laynerini əvəz edib. "The Washington Post" qəzetinin hesablamalarına görə, dəyəri təxminən 400 milyon dollar olan təyyarənin ölkənin birinci şəxsini daşıyan laynerlərə qoyulan bütün tələblərə uyğunlaşdırılması üçün əlavə olaraq təqribən 1.5 milyard dollar vəsait tələb olunurdu.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












