Tramp Hörmüzün blokadaya alındığını elan etdi – Neft sürətlə bahalaşdı

ABŞ İran yükləri daşıyan gəmilər üçün Hörmüz boğazını yenidən dəniz blokadasına alır, lakin digər bütün ölkələr ondan sərbəst şəkildə istifadə edə bilərlər. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb. Birja ticarətinin məlumatlarına əsasən, ABŞ dövlət başçısının bu bəyanatı fonunda neftin bahalaşması 5% sürətlənib və əsas etalon markası olan "Brent" neftinin bareli 80 dollardan baha satılmağa başlayıb. Tramp "Fox News" telekanalına müsahibəsində bildirib ki, Vaşinqton Hörmüz boğazını nəzarətə götürəcək və bu su arteriyasından istifadə edən digər ölkələrdən mühafizə müqabiliyyətində kompensasiya alaraq bura bir "gözətçi" kimi rəhbərlik edəcək. O vurğulayıb ki, ABŞ yarım əsrdən çoxdur heç bir ödəniş tələb etmədən bu rolu oynayıb, ona görə də indi bu işdən çoxlu pul qazanmağı hədəfləyir. Qeyri-rəsmi məlumatlara görə, son bir sutka ərzində ABŞ hərbçiləri Hörmüz boğazından təxminən 20 kommersiya gəmisini müşayiət edərək keçiriblər.
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












