Tramvaylar Bakıya qayıdacaqmı?

Tramvayların ictimai nəqliyyatın ilk növü olduğunu desək, yanılmarıq. Bu gün də dünyanın bir çox inkişaf etmiş ölkələrində tramvaylardan geniş istifadə olunur. Bir vaxtlar Bakıda da mövcud olan tramvaylar sonradan müxtəlif səbəblərdən istismardan çıxarıldı. Lakin bu gün paytaxtımızda tramvayların fəaliyyətinin bərpa edilməsi yenidən gündəmə gəlib və hətta Nazirlər Kabinetinə təqdim olunan "Böyük Bakının Regional İnkişaf Planı"nın layihəsində də öz əksini tapıb.
Avtosfer.az trend-ə istinadən bildirir ki, məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, Bakıda tramvayların fəaliyyətinin bərpa edilməsi müsbət hal olardı: "Lakin bunun üçün qarşıda iki əsas məsələ dayanır. Birincisi, tramvay yolu üçün məkan tapmaq lazımdır, çünki tramvay yolu konkret küçələrdə, prospektlərdə yer tutmalıdır, o cümlədən, tramvay parkı olmalıdır. Bu məkanın müəyyən edilməsi elə də asan məsələ deyil. Çünki bu gün Bakının yollarında sıx hərəkət var, hətta hansısa bir yolda təmir işi aparanda nəqliyyat vasitələrinin sıxlığı yaranır. Belə bir vəziyyətdə tramvay yolu çəkmək çox çətin işdir, lakin mümkündür".
Ə.Hüseynovun fikrincə, tramvayların bərpa edilməsi üçün ikinci məsələ maliyyə vəsaitinin tapılmasıdır: "Tramvayların bərpa edilməsi üçün böyük məbləğdə vəsait lazımdır. Tramvay xətlərinin tikilməsi, tramvay parkının yaradılması, tramvayların alınıb Bakıya gətirilməsi xeyli vəsait tələb edir. Tramvayların qiyməti avtobuslardan bahadır. Burada bir məsələ də var ki, tramvay rentabelsiz nəqliyyat növüdür, çünki ictimai nəqliyyat olduğu üçün qiymətini qaldırmaq olmur. Bu baxımdan tramvayların bərpasına sərf edilən vəsaiti sərnişinlərin gediş haqqı ilə geri qaytarmaq da asan məsələ deyil. Burada gərək dövlət dotasiyaları ayrılsın. İndiki vaxtda bunun nə dərəcədə mümkün olmasını demək çətindir".
Ekspert hesab edir ki, yuxarıda qeyd olunan məsələlər həll olunsa, tramvayların fəaliyyəti bərpa edilsə, çox yaxşı olardı: "Tramvay elektriklə işləyən nəqliyyat vasitəsidir, bu, həm ekoloji cəhətdən, həm də sərnişin tutumu baxımından çox faydalıdır".
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










