Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək gəmi təmir edilib - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Professor Gül” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda təmir olunub. Gəmiçilikdən Avtosfer.az-a verilən məlumata görə, əsaslı təmir yekunlaşdıqdan sonra bərə dəniz sınağından keçirilib. Qeyd edək ki, gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəliftəyinatlı su, yağ və yanacaq nasosları, köməkçi və baş mühərriklər, mexanizmlər, yanğından mühafizə avadanlıqları əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib. Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri görülüb. Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək. Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və yük avtomobilləri daşıyacaq. Hazırda gəminin maşın şöbəsində rənglənmə işləri aparılır. Gəminin istismara verilməsi isə yaxın günlərdə nəzərdə tutulub. Uzunluğu 154,50, eni isə 18,3 metr olan gəminin maksimal sürəti 15 uzeldir. Bərə göyərtəsinə 28 vaqon və 32 TIR götürmək qabiliyyətindədir. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 "Ro-Ro" tipli gəmi var.
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO













