Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti ABŞ-da müzakirə olunub

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yerləşən Con Hopkins Universitetində “Transxəzər, Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” mövzusunda beynəlxalq forum keçirilib. Tədbirin əsas məqsədi - Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Çin və Avropa arasında yaranan əhəmiyyətli tranzit dəhlizlərini və bu dəhlizlərdən yararlanmaq imkanlarını müzakirə etmək olub. Həmçinin İpək Yolu marşrutu üzrə müasir layihələrin hazırlanması və investisiyaların həyata keçirilməsi ilə bağlı məsələlərinin müzakirəsi forumun məqsədlərindən biri idi. "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi" forumuna 200-dən çox qonaq, o cümlədən ABŞ Hökuməti, ticarət palataları, yerli və beynəlxalq maliyyə və sərmayə təşkilatları, düşüncə mərkəzləri və 50-dən artıq ABŞ şirkəti qatılıb.
Forumda Azərbaycanın digər dövlət qurumlarının nümayəndələri ilə yanaşı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, “ADY Express” MMC-nin Biznesin inkişafı və Marketing Departamentinin rəhbəri Natiq Cəfərov iştirak ediblər.
Tədbirin panel iclasında çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, Azərbaycan dəmir yollarının tarıxı, inkişafı, gerçəkləşdirilən beynəlxalq layihələr, ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlar haqqında geniş məlumat verib. Matşrutların səmərəliliyi haqda söz açan Vüsal Aslanov onların təhlükəsiz, yüklərin çatdırma vaxtının qısa, tariflərin isə rəqabətli olduğunu bildirib. Tədbirdə Azərbaycan dəmir yolları haqqında video-çarx da nümayiş etdirilib. “Azərbaycan DəmirYolları” QSC-nin sədrinin müşaviri Vüsal Aslanovun çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Çıxışdan sonra Vüsal Aslanov forum iştirakçılarının marağında olan bütün suallarları cavablandırıb.
Çıxış edən digər iştirakçılar, Transxəzər marşrutunun ölkələr üçün olduqca önəmli layihə olduğunu və Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduqlarını bildiriblər.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












