TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı müzakirə olunub - FOTO

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir. “Azərbaycan Dəmir Yolları” QSC-nin Avtosfer.az xəbər verir ki, mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycan dəmiryolçuları bu gün Çinin Şanxay şəhərində Almaniyanın məşhur nəqliyyat-loqistika şirkəti olan DHL-in bir qolu sayılan “DP DHL global forwarding” şirkətinin nümayəndələri ilə görüşüblər.
Görüşdə C. Qurbanov, “DP DHL global forwarding” şirkətinin Şanxay bölgəsinin rəhbəri Allen Chen və digər rəsmi şəxslər iştirak ediblər. Söhbət zamanı ümumilikdə Şərq-Qərb marşrutu və onun tərkib hissəsi olan TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və perspektivləri, yüklərin cəlb olunması məsələləri müzakirə olunub.
Almaniya şirkətinin nümayəndələri Azərbaycan ərazisindən keçən dəhlizdən istifadə edərək, Asiya ilə Avropa arasında yükdaşımalar həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər. Qeyd edilib ki, TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan, Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra bu nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq və Asiya ölkələri ilə Avropa arasında yüklərin çatdırılma vaxtı qısalacaq.
Görüşdə gələn il DHL şirkəti tərəfindən Çindən Türkiyəyə 100 konteyner qatarı və əks istiqamətdə eyni sayda qatarın göndərilməsi haqda razılıq əldə olunub. Beləliklə, 2017-ci ildə təkcə DHL şirkəti TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsi ilə 200 qatar yola salmaq niyyətindədir.
Görüşdən sonra C. Qurbanov və onu müşayiət edən rəsmi şəxslər “DP DHL global forwarding”in Şanxaydakı yük anbarlarına baş çəkərək, şirkətin iş prinsipləri ilə tanış olaraq, burada cəmləşən yüklər, onların həcm və tərkibi haqda məlumatlar əldə ediblər.
Qeyd edək ki, Almaniyanın DHL şirkətinin 220 ölkədə nümayəndəliyi, ofisi və 500 000-dən artıq əməkdaşı var. Şirkət dünyada işəgötürənlərin ilk “onluğu”nda yer alıb, 1 saat ərzində 1 milyon müştəriyə xidmət göstərir, Çində 500 000 kv.m anbar sahəsinə malikdir. Bu vaxta kimi DHL Azərbaycandan keçməklə, 5 sınaq qatarı yola salıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














