Transxəzər nəqliyyat marşrutunun inkişaf perspektivləri müzakirə olunub - Çində

Çin Xalq Respublikasının Şanxay şəhərində Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişaf perspektivləri ilə bağlı dəyirmi masa keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun apa-ya verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Transxəzər nəqliyyat marşrutunun Müşahidə Şurasının sədri, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov deyib ki, 3 avqust 2015-ci ildə bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin arasında konteyner daşımalarına start verilib, sonra Ukrayna Respublikası da bu marşruta qoşulub.
Konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacib sayan İ.Hüseynov bu tədbirin marşruta yüklərin cəlb olunması istiqamətində mühüm rol oynayacağını deyib. Sonra dəyirmi masada marşrutun və "Nomad Ekspress" nəqliyyat-logistika xidmətinin inkişaf perspektivləri, Çindən və əks istiqamətə yük daşımanın coğrafiyasının genişləndirilməsi, marşrutun cəlbediciliyi - yeni multimodal qərarlar, Avropa ilə Asiya arasında yük daşımalarının artırılması üçün yeni imkanlar mövzularında müzakirələr aparılıb.
Tədbir çərçıvəsində Qazaxıstan, İran, Rusiya və Ukrayna dəmir yollarının, Almaniyanın logistik sirkəti olan DHL-in rəhbər işçiləri ilə ikitərəfli görüşlər də keçirilib.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










