Travmatologiya və Ortopediya İnstitutuna yıxılaraq travma alan 7 nəfər gətirilib

Bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində yıxılaraq travma alan 7 nəfər gətirilib. Avtosfer.azxəbər verir ki, bu barədə “Report”a institutun direktoru, Azərbaycanın baş travmatoloqu Vaqif Verdiyev məlumat verib. V.Verdiyev xəsarət alanlardan üçündə mil sümüyünün tipik yerdən sınığı, digər üçündə əzilmə, bir nəfərində isə yüngül travma qeydə alınıb: “Müraciətlərin ikisi Yasamal rayonu ərazisindən olub”. O, həmçinin qeyd edib ki, instituta gün ərzində gətiriləcək xəstələrin sayında artım olacağı istisna edilmir. Baş travmatoloq bu cür havalarda əhalini daha da ehtiyatlı olmağa çağırıb. O, insanlara bu cür havada yolu yalnız işıqfor olan ərazilərdən keçməyi məsləhət görüb: “Yaşlılar isə belə havada evdən çölə çıxmasa yaxşıdır. Bundan başqa, yeraltı piyada keçidlərindən istifadə məqsədəuyğundur. Yaxud da yolu keçən zaman ətrafdakıların köməyindən istifadə etmək lazımdır”. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev isə açıqlamasında deyib ki, hələlik qarlı hava şəraiti ilə əlaqədər onlara müraciət daxil olmayıb.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












