“Trendyol” sifarişlərinə görə SOSİAL YARDIM KƏSİLİR? - AÇIQLAMA

Azərbaycanda onlayn alışların ünvanlı sosial yardımların müəyyən olunmasına təsir etdiyi deyilir.
Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Bildirilir ki, onlayn sifarişlərin məbləği əsasında ailənin xərclərinin gəlirlərindən yüksək olduğu müəyyən edilir və bunun əsasında sosial yardımın verilməsi dayandırılır.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili açıqlamasında bildirdi ki, onlayn sifarişlər vətəndaşın şəxsi işidir və bunun ölçü meyarı yoxdur: “Ailə gəlir və xərcləri barədə məlumatı özü qeyd edir. Həmçinin şəxs kommersiya fəaliyyəti ilə məşğul olduqda da bunu bəyan etməlidir. Lakin sosial yardımın müəyyən olunmasının şəxsi istifadə üçün onlayn alış-veriş və “Trendyol” ilə əlaqəsi yoxdur. Ümumilikdə, “Trendyol”dan sifarişlərə görə sosial yardımın kəsilməsindən söhbət gedə bilməz”. (“Ölkə.az”)
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO








