TRIPP marşrutu Orta Dəhlizin gələcək inkişafına töhfə verə bilər - Tokayev

Qazaxıstan ABŞ Prezidentinin sülhməramlı təşəbbüslərini, o cümlədən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunu (TRIPP) dəstəkləyir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda ABŞ prezidenti Donald Trampla ikitərəfli danışıqları zamanı deyib.
Onun sözlərinə görə, TRIPP marşrutu Orta Dəhlizin gələcək inkişafına töhfə verə bilər.
Liderlər səfər zamanı Qazaxıstan və ABŞ arasında dəyəri 17 milyard dollardan çox olan kommersiya sazişlərinin imzalanmasını alqışlayıblar. İki prezident arasında Vaşinqtonda keçirilən görüşdə Tramp ABŞ-nin Qazaxıstanla çoxşaxəli, genişləndirilmiş strateji tərəfdaşlığı daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyib.
Söhbət zamanı ikitərəfli gündəliyin geniş spektri üzrə məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı faydalı əməkdaşlığın perspektiv istiqamətləri müəyyən edilib. Tərəflər həmçinin beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə ediblər.
Tokayev qeyd edib ki, Amerika lideri daha təhlükəsiz, sabit və firavan dünyanın təmin edilməsinə həlledici töhfə verir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












