"Tu-154" təyyarəsinin qəzaya uğramasının əsas versiyaları AÇIQLANIB

"Tu-154" təyyarəsinin qəzaya uğramasının əsas səbəbləri təyyarənin texniki vəziyyəti və ya pilot səhvi ola bilər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov brifinqdə bildirib.
Nazir hava gəmisinin qəzaya uğraması ilə əlaqədar yaradılan hökumət komissiyasına rəhbərlik edir. Onun sözlərinə görə, Soçidə qəzaya uğrayan "Tu-154" təyyarəsində terror aktı törədilməsi versiyası prioritetlər arasında deyil.
Nazir hökumət komissiyasının işinin məqsədinin qəzanın səbəblərini araşdırmaq olmadığını, bu işlə Müdafiə Nazirliyi yanında istintaq və xüsusi texniki komissiyanın məşğul olduğunu vurğulayıb.
Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, "Ədalətli yardım" xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub. Qəza ilə bağlı cinayət işi başlanılıb.
Təyyarənin qəzaya uğradığı bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












