“Türk Hava Yolları”nın bu il 422 milyon dollar itkisi olub

“Türk Hava Yolları” aviaşirkəti birinci rübün yekunlarının hesabatını açıqlayıb. "Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hesabata görə, aviaşirkət bu dövr ərzində 1,24 mlrd. türk lirəsi (422 mln. dollar) məbləğində ziyan edib. Aviaşirkət bu ilin ilk üç ayı ərzində 1999-cu ildəki rüblük göstəricidən daha çox zərərlə üzləşib. Şirkətin bəyanatında bildirilib ki, ötən ilin eyni dövründə aviaşirkətin xalis mənfəəti 373 mln. lirə təşkil edib. Şirkətin maliyyə itkiləri qonşu İraq və Suriyada müharibələr, eyni zamanda İstanbul və Ankarada baş verən terror aktları fonunda turizm sahəsində tələbatın düşməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, bu ilin aprel ayında “Türk Hava Yollarının” qiymətli kağızlarının dəyəri beş aylıq minimuma düşüb, hərracların həcmi 145 mln. səhmə çatıb. Aprelin 20-də Borsa Istanbul 100 Index birjasında aviaşirkətin səhmləri 6,8% azalıb. Ertəsi gün isə səhmlər birjanın bağlanışındakı qiymətlərlə müqayisədə 1,14% ucuz satılıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












