Türk nazir: "Ərdoğan Bakı-Tbilisi-Qarsda işlərin gedişini şəxsən izləyib"

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti bu il iyun ayının sonunda istismara veriləcək. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bildirib. "BTQ Qars və Mərkəzi Asiya, habelə Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Çin arasında yüklərin daşınmasının təşkilinə imkan verəcək", - Ə.Arslan qeyd edib. Onun sözlərinə görə, Osmanlı və Səlcuqlar dövlətlərinin memarlıq üslubunda olan Qars dəmiryolu stansiyasının tikintisi artıq yekunlaşmaq üzrədir. "Yüklərin boşaldılıb-yüklənməsi şəhər kənarında icra ediləcək. Məmnunluqla deyə bilərəm ki, dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir. Türkiyə prezidenti və baş naziri bu beynəlxalq layihənin reallaşdırılmasının gedişini şəxsən izləyirlər", - Ə.Arslan deyib. Onun sözlərinə görə, türkiyəli istehsalçıların məhsulları BTQ vasitəsilə Qarsdakı logistika mərkəzindən tədarük ediləcək. Bu, tədarükün maya dəyərinin və çatdırılması vaxtının azalmasına səbəb olacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












