Türkiyə: "Bakı-Tbilisi-Qars dəmir yolu bu il regional şəbəkəyə qoşulacaq"

"Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin sonuna kimi tamamlanıb, regional dəmir yolu şəbəkəsinə qoşulacaq. Bununla da yüklərimiz Çindən Londona qədər bir məsafədə yayılacaq". Bunu Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən İƏT üzvü dövlətlərinin dəmiryolu qurumları rəhbərlərinin XIII iclası və İƏT-in Tranzit Nəqliyyatı üzrə Əlaqələndirmə Şurasının (TTCC) Dəmiryolu Komitəsinin VII iclasında çıxış edən Türkiyə Nəqliyyat Nazirliyinin nümayəndəsi Mehmet Uras deyib.
M.Urasın sözlərinə görə, mövcud regionda dəmiryolu sistemi 1,5 mlrd. insana xidmət edəcək: "Türkiyə dövləti bu günə qədər dəmiryolu sisteminin təkmilləşdirilməsi və genişləndirilmısi üçün 60 mlrd. lirədən çox investisiya yatırıb. Bununla yanaşı, beynəlxalq dəmiryolu şəbəkəsinə qoşulmaq üçün müəyyən addımlar atmışıq. Nəzərə almaq lazımdır ki, bu şəbəkənin ticarət imkaları 31 trln. ABŞ dolları civarındadır və regionda 1,5 mlrd. insan yaşayır. Bu baxımdan regional dəmiryolu sisteminin əhəmiyyəti böyükdür. Biz düşünürük ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin illik yük dövriyyəsi 7 mln. tondan artıq olacaq".
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












