Türkiyə BTQ dəmiryolunun Pakistana qədər uzadılmasını təklif edir

"Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatır". Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib. Onun sözlərinə görə, Qars və ümumilikdə bütün regionun xilasına səbəb olacaq layihənin reallaşdırılması artıq başa çatır: "Rəsmi Ankara bu yolun Naxçıvana, sonradan isə İrana və Pakistana qədər uzadılmasını təklif edir. Bu məsələ bir neçə gün əvvəl İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitində də diqqət mərkəzində olub. Türkiyə tərəfinin sammit çərçivəsində keçirdiyi görüşlərdə bütün 10 ölkənin liderləri Bakı-Tbilisi-Qars və Qars-İğdır-Naxçıvan dəmiryolunun yaxın vaxtlarda istifadəyə veriləcəyinə əminlik ifadə ediblər". Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış dövlətlərarası saziş əsasında tikilir.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










