Türkiyə Krım bərələri üçün limanlarını bağladı

“Krım dəniz agentliyi” Sevastopol və Zonquıdağ limanları arasında bərə əlaqəsini həyata keçirən operatordur, liman əlaqəsi artıq iki həftədir ki, dayandırılıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə şənbə günü jurnalistlərə “Krım dəniz agentliyi”nin direktoru Stanislav Qvozdilov bildirib. “Hazırda Türkiyə ilə liman əlaqəsi dayandırılıb... Bu artıq iki həftədir ki, davam edir”, - deyən Qvozdilov, yaranan vəziyyətin səbəblərindən xəbərdar olmadığını da əlavə edib. Qvozdilovun sözlərinə görə, Türkiyəyə daha bir neçə bərə üzürdü, onlarda eyni vəziyyətlə üzləşiblər. “Krım dəniz agentliyi” keçən ilin oktyabr ayından Sevastopol (Kamışov buxtası) və Zonquldağ (Türkiyə) limanları arasında bərə əlaqəsini bərpa etmişdi, marşrut üzrə “Varyaq” bərəsi işləyirdi.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












