Türkiyə pilotsuz tank hazırlayır

Türkiyədə pilotsuz tankların hazırlanması istiqamətində artıq ilk addımlar atılıb. Axar.az xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Müşavirliyinin 2017-ci ildə bu tip layihələrlə bağlı tender keçirdiyi məlum olub. Tenderə 400-dən artıq layihə təqdim olunub, dekabrda 16 layihə son mərkələyə buraxılıb. Müdafiə Sənayesi Müşavirliyinin pilotsuz tank istehsalının ilk addımı olaraq keçirdiyi tenderdə “Efe” adlı layihə birici, “Dost” ikinci, “Otosar” isə üçüncü olub. Birinci olan layihədə nəzərdə tutulan pilotsuz quru nəqliyyat vasitələrinin sonrakı mərhələdə təkmilləşdirilərək, Türkiyənin ilk insansız idarə olunan tanklarının yaradılması nəzərdə tutulub. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesində ölkənin xaricdən asılılığının əhəmiyyətli dərəcədə azaldığını bildirmiş və rəsmi Ankaranın gələcəkdə insansız tanklar istehsal edəcəyinin anonsunu vermişdi.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












