Türkiyə polisi 15 gün əvvəl Lənkəranskini saxlayıbmış - Sedat Pekər qurtarıb

Qətlə yetirilməmişdən bir neçə gün əvvəl Türkiyə polisi “Rövşən Lənkəranski”ni saxlayıbmış.
Avtosfer.az xəbər verir ki, bu barədə "yeni müsavat" qəzeti yazıb. Məlumata görə, “qanuni oğru” polisdə çox qalmayıb. Qəzet bildirir ki, “Lənkəranski”nin sərbəst buraxılması üçün Türkiyənin tanınmış iş adamı, xeyriyyəçi və yeraltı dünyasının ən ünlü isimlərindən olan Sedat Pekər işə qarışıb. S.Pekər “Lənkəranski”nin azad olunmasına nail olub. S.Pekəri Türkiyə mediası “yeraltı dünyanın sahiblərindən biri”, “mafiya babası“ kimi təqdim edir.
Sedat Peker 2007-ci ildə İstanbul 9-cu Ağır Cəza Məhkəməsinin hökmü ilə mafiya çetesi qurmaq kimi ittihamlarda suçlanaraq 14 il həbs cəzası alıb. Sonradan onun adı “Ergenekon” məhkəməsində ittihamlarda da yer alıb. Ona da bu işlə bağlı 1 il 3 ay həbs cəzası verilmişdi. 2013-cü ildə cəzasının bitməsinə 4 il qalmış isə azadlığa buraxılıb.
Onun Azərbaycana da xüsusi sevgisi olduğu məlumdur. “Lənkəranski”nin İstanbul polisi tərəfindən niyə saxlanıldığı məlum deyil. Amma S Pekərin “qanuni oğru”nun azadlığa buraxılması üçün xüsusi rolu olduğu, bir neçə gün sonra isə kürdlər tərəfindən qətlə yetirilməsi barədə iddialar maraq doğurur.

Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












