Türkiyə Rusiya tırları üçün viza rejimi tətbiq etdi

Türkiyə sərhədini keçən Rusiya tırları bu gündən etibarən mütləq qaydada viza almalıdır. Avtosfer.az modern.az-a istinadən bildirir ki, bunu Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasından deyiblər. "Uzun müddət ərzində Türkiyə Rusiya tırları üçün viza rejimi tətbiq etmirdi. Lakin Rusiya tərəfindən türk malları üçün sərhəddə nəzarət qaydaları gücləndirildikdən sonra iyun ayının 1-dən belə bir tədbirə əl atılıb. Buna baxmayaraq, biz Rusiya təyyarəsinin vurulmasına qədərki dövrdə mövcud olmuş yüngülləşdirilmiş viza rejiminə keçidə ümid edirik", - Assosiasiyanın nümayəndəsi belə deyib.
O xatırladıb ki, cari ilin əvvəlində Rusiya birtərəfli qaydada viza rejimini tətbiq edib. Bu tətbiqetmə Türkiyə tırlarına da şamil olunub. Həmin səbəbdən tırlar alternativ Xəzər marşrutundan istifadə edir.
Türkiyə XİN məsələ ilə bağlı mövqeyini bildirməyib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












