Türkiyə təyyarə daşıyan hərbi gəminin istehsalına başlayacaq

Türkiyə yaxın vaxtlarda təyyarə daşıyan hərbi gəminin istehsalına başlayacaq. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan hesab edir ki, Türkiyə çoxfunksiyalı "TGC Anatolia" amfibiya hücum gəmisinin hazır olmasından sonra təyyarə daşıyan hərbi gəmini inşa edə bilər.
"Yeni Şafak" qəzetinin məlumatına görə, "Öz təyyarə daşıyan hərbi gəmimizi istehsal etmək üçün heç bir maneə yoxdur. Bu, hökumətin qətiyyəti ilə mümkündür. Türkiyə hərbi və müdafiə məsələlərində yubana bilməz" – deyə prezident bildirib.
Qeyd edək ki, Türkiyənin hərbi donanması 20-dən çox ABŞ və Fransa Hərbi Dəniz Qüvvələrinin də istifadə etdiyi freqat və forqet tipli gəmilərdən ibarətdir. Bundan əlavə, hərbi donanma 13 yeraltı qayıqla da gücləndirilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












