Türkiyə TIR-ları Azərbaycan üzərindən Qətərə ərzaq daşımağa başladı

Türkiyə qonşuları tərəfindən blokadaya alınan Qətərə bu həftədən etibarən Azərbaycan üzərindən TIR-larla ərzaq daşımağa başlayıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "Sabah" qəzeti siyasi işlər üzrə yüksək səlahiyyətli Qətər rəsmisinə istinadən bildirir. Mənbə deyib ki, bu həftədən etibarən Türkiyədən Qətərə ərzaq yardımı hava yolundan daha çox quru yolu ilə daşınacaq. "Türkiyənin Qətərə göndərdiyi ərzaq yardım tətbiq edilən embarqonu zəiflətdi. Eyni zamanda təbii olaraq iki ölkə arasında ticarətin həcmini də artırdı. Türkiyədən gələcək TIR-ların Azərbaycan və İran üzərindən keçib İranın cənubundakı limana, oradan isə gəmi-bərələrlə Qətərə çatması planlaşdırılıb. Quru yolu ilə qida daşımaq hava yolundan daha ucuz başa gəldiyi üçün bu marşrutla daha çox ərzaq daşımaq imkanımız olacaq", - Qətər rəsmisi bildirib.
Türkiyə Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra ərəb ölkələrinin blokadaya aldığı Qətəri dəstəkləyir. Qətərə qarşı tətbiq edilən sərt sanksiyalardan dərhal sonra Türkiyə bu ölkəyə özünün hərbi qüvvələrini göndərib və orada baza yerləşdirib. Habelə Qətərə təyyarələrlə ərzaq və digər zəruri mallar göndərməyə başlayıb. Səudiyyə Ərəbistanı və müttəfiqləri Qətəri radikal islamçı qruplaşmalara, o cümlədən İŞİD-ə dəstək verməkdə, İranla əlbir olaraq bölgədə gərginlik yaratmaqda günahlandırır. Anti-Qətər koalisiyası Dohanın qarşısında 13 şərtdən ibarət ultimatum qoymuşdu. Lakin Qətər bu şərtləri yerinə yetirməkdən imtina etdi və Dohaya qarşı tətbiq edilən embarqolar qeyri-müəyyən müddətə uzadıldı.
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA










