Türkiyə XİN və MN-dən Azərbaycanla bağlı - Paylaşım
Gündəm
18 Oktyabr 2025 15:29
Oxunub 238

Türkiyə Milli Müdafiə Nazirliyi 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı “X” hesabında paylaşım edib.
Avtosfer.az xəbər verir ki, paylaşımda deyilir:
“İki bədəndə bir can - Türkiyə və Azərbaycan!
Qardaş Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, Azərbaycan xalqını ürəkdən salamlayırıq.
Qardaşlarımızla “Bir millət, iki dövlət” anlayışı ilə həmişə bir və bərabər olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”
Həmçinin Türkiyə Xarici İşlər Nazirliyi də Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib: “Müttəfiqimiz, qardaş Azərbaycanın Müstəqilliyinin Bərpasının 34-cü ildönümü mübarək olsun!”

ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














