Türkiyədə azərbaycanlı mafiya üzvlərinə qarşı əməliyyat - FOTOLAR

Ötən həftə İstanbulun Sultanqazi məhəlləsində silahlı basqının iştirakçıları yaxalanıb. “Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı hadisədən sonra hərəkətə keçən İstanbul polisi axtarışlar zamanı insidentdə iştirak edən Azərbaycan əsilli 4 kişini həbs edib. Hüquq-mühafizə orqanları eyni zamanda hadisənin baş vermə səbəbini də müəyyənləşdirib. Qeyd olunur ki, insident bir müddət birlikdə narkotik ticarəti ilə məşğul olub daha sonra pulu aralarında bölə bilməyən və bir-birinə düşmən olan mafiya üzvləri arasında baş verib.
Məlumata görə, sentyabrın 23-də Sultanqazinin Uğur Mumcu küçəsində yerləşən avtoparklardan birindən avtomobili ilə çıxmağa çalışan Orhan Açıkgöz (43 yaş) və onun yanında olan Arif Məmmədova başqa bir avtomobildən atəş açılıb, insident nəticəsində adı 8 cinayətdə hallanan O. Açıkgöz hadisə yerindəcə keçinib, A. Məmmədov isə ağır yaralanıb.
İnsidentdən sonra aparılan istintaq tədbirləri çərçivəsində hadisəni törədənlər – Vahap P. (35 yaş), Agip K. (35 yaş), Mahsun K. (33 yaş) və Yasin G. (24 yaş) xüsusi təyinatlı polis dəstəsi və bir helikopterin də iştirak etdiyi əməliyyat zamanı yaxalanıb. Onların hər biri 7-8 cinayət törətməkdə şübhəli bilinir. Şübhəlilərdən Agip K.-nın ayağından yaralandığı bildirilir.
Əməliyyat zamanı siahlı şəxslərlə polislər arasında atışma da olub. Dindirilmə zamanı məlum olub ki, Azərbaycan vətəndaşları olan şübhəlilər vuraraq öldürdükləri Açıqgözlə yaraladıqları Məmmədovla daha öncədən iş ortağı olublar. Onlar narkotik satışından əldə olunan gəliri aralarında bölə bilmədiklərinə görə düşmənçiliyə başlayıblar və nəticədə sözügedən insident baş verib.
Sorğudan sonra 4 mafiya üzvü məhkəməyə sövq olunub.
Faktla bağlı cinayət işi açılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












