Banner

Qan donduran hadisə: Dünyaya yeni gəlmiş körpəsini torbaya qoyub zibilliyə atdı - VİDEO

Gündəm 23 Dekabr 2020 19:28 Oxunub 1698
Qan donduran hadisə: Dünyaya yeni gəlmiş körpəsini torbaya qoyub zibilliyə atdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Çanaqqala şəhərində qadının yeni doğulmuş körpəsini zibil qabına atmasının görüntüləri yayılıb.

İHA xəbər verir ki, 22 yaşlı tibb bacısı Ezgi Ç. körpəsini dünyaya gətirdikdən sonra onu selofan torbaya qoyub soyuqqanlılıqla zibilliyə atıb.

Göbək çiyəsi hələ üzərində olan körpə zibilyığan qadın tərəfindən tapılıb.

Dərhal müdaxiləyə rəğmən körpənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisədə günahlı bilinən Ezgi Ç. və 21 yaşlı sevgilisi Mustafa P. saxlanılıb.

Ezgi Ç. ifadəsində deyib ki, hamilə olduğunu ailəsindən gizlədib və uşaq nikahdan kənar doğulduğu üçün onu məhv etmək qərarına gəlib.

Onun valideynləri – 44 yaşlı anası və 47 yaşlı atası da cinayəti ört-basdır etdikləri üçün polis tərəfindən saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh