Türkiyəli ekspert: “İlk öncə Zəngəzur dəhlizinin təhlükəsizliyi təmin edilməlidir” - VİDEO

“Zəngəzur dəhlizinin inşası davam edir. Amma burada ən vacib məsələ təhlükəsizlikdir. Çünki 20-30 ildən sonra bölgədə vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətindir”.
Bu fikirləri Türkiyənin “Haber Global” telekanalının qonağı olan İqtisadi, Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Bozkurt səsləndirib.
“İlk öncə dəhlizin təhlükəsizliyi təmin edilməlidir. Bundan sonra yolun inşası tamamlanmalı və dəmir yolu xətti çəkilməlidir. Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra artıq Türkiyənin Mərkəzi Asiya ilə birbaşa ticarətinə imkan yaranacaq. Çünki biz Zəngəzurdan keçərək təkcə Azərbaycana deyil, həm də digər türk dövlətlərinə, hətta Çinə də gedə bilərik”, - deyə o bildirib.
Bozkurtun sözlərinə görə, bölgədə ticarət yolları ilə bağlı müxtəlif dövlətlərin fərqli layihələri var və bu təbiidir. Lakin bir qayda olaraq, ən güclü olanların layihəsi reallığa çevrilir.
Daha ətraflı süjetdə:
(oxu.az)
Azərbaycanda yanacaq balansı dəyişir - "Regionu biz təmin edirik"
Piyadalar ən çox gecə saatları vurulur...
Bəzi rayonlarında yollar dumanlı olacaq, buz bağlayacaq
Bakının iki böyük qəsəbəsini birləşdirən yol tikilir - VİDEO
Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var" - VİDEO
Bakıda yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO
Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib
Avtomobillər buzlu yollarda qəza edir - Qardan sonra fəsadlar - VİDEO
Gecə saatlarında sürət yarışları keçirilən yol - Nə radar var, nə kamera - FOTOLAR
Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - AÇIQLAMA
Bir mübahisə, onlarla zərərçəkən: "Peşəkar sürücülərin çoxu Avropaya üz tuturlar"











