Türkiyənin nəqliyyat naziri: "Bakı-Tbilisi-Qars dəmir yolu iyun ayında açılacaq"

Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin həyata keçirilməsini şərh edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, yolun açılışı bu ilin iyun ayına planlaşdırılır. Ə.Arslanın sözlərinə görə, BTQ Türkiyənin şərq əyalətlərinin iqtisadi inkişafına töhfə verəcək: "Türk istehsalçılarının məhsulları Qarsdakı loqistik mərkəzdən dünyanın müxtəlif ölkələrində çatdırılacaq, bu da çatdırılma prosesini sürətləndirəcək və məhsulun maya dəyərini azaldacaq”. Layihənin detallarına gəlincə, nazir qeyd edib ki, Qarsdan Bakıya bir dəmiryol xətti fəaliyyət göstərəcək, sonrakı mərhələdə daşımalar Qazaxstan və Türkmənistanın üzərindən Çinə qədər davam etdiriləcək. "Söhbət dəmir yolu vasitəsilə çox böyük həcmdə daşımalardan gedir", - Arslan bildirib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












