Türkiyəyə gələn və gedən təyyarələr silahlı polislər tərəfindən müşayiət olunacaq

Türkiyənin hava limanlarına və əks istiqamətdə bir sıra beynəlxalq reyslər silahlı polislər tərəfindən müşayiət olunacaq. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan bildirib. Qeyd edək ki, Türkiyə parlamenti tərəfindən ötən həftə qəbul edilən qanuna görə, terror hücumlarına qarşı tədbir məqsədilə Türkiyəyə və oradan uçuş həyata keçirən təyyarələrdə silahlı polislər ola bilər.
"Təhlükəsizlik məqsədilə göyərtədə silahlı polislərin olması təcrübəsi yalnız Türkiyədə tətbiq olunmur. Bu metoddan ABŞ və Böyük Britaniya daxil olmaqla, bir çox ölkələr də yararlanırlar. Qanunvericilik əvvəlcə buna icazə vermirdi, bu səbəbdən çətinliklər yaranırdı. Yeniliklər yalnız bəzi uçuşlara şamil ediləcək", - A.Arslan vurğulayıb. Onun sözlərinə görə, hava polisinin əməkdaşları uçuş həyata keçirilən iki ölkə arasında müvafiq saziş imzalandıqdan sonra beynəlxalq reysləri müşayiət edəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












