Türkiyəyə uçan təyyarədə bomba həyəcanı

Xarkov-İstanbul reysi təyyarə göyərtəsində bomba olması xəbərdarlığı ilə təxirə salınıb. Avtosfer.az anspress-ə istinadən bildirir ki, 128 sərnişin təxliyyə olunub və hazırda hüquq-mühafizə orqanları təyyarə və Xarkov hava limanında yoxlama aparırlar.
"Bu gün saat 03:30-da hava limanının administrasiyasına naməlum şəxs zəng edib və təyyarələrdən birində partlayıcı qurğu olduğunu deyib. Bu məlumata görə, Xarkov-İstanbul reysi təxirə salınıb", - deyə Xarkov vilayətinin milli polisinin məlumatında deyilir.
Polisin məlumatına görə, bütün sərnişinlər təxliyə olunub, mühafizə orqanları təyyarəni və baqajı yoxlayırlar, hadisə şahidlərini sorğu-sual edirlər.
Xarkovdan İstanbula sonuncu təyyarə bu gün saat 08:28-də havaya qalxıb.
Oxşar hadisə ötən gün Türkiyədə qeydə alınıb. Türkiyə Hava Yollarına məxsus təyyarənin İstanbul-Kayseri reysində bomba həyəcanı yaşanıb.
Təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt ekipaj üzvlərindən biri ayaqyolunun qapısına yazılmış bomba sözünü görüb.
Bundan sonra sərnişinlər təyyarədən təxliyə ediliblər.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












