Türkiyəyə uçan təyyarənin göyərtəsində əlbəyaxa dava - VİDEO

Gündəm 15 Sentyabr 2020 13:36
Türkiyəyə uçan təyyarənin göyərtəsində əlbəyaxa dava - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə afrikalı qadınla ingiltərəli kişinin təyyarədə dava etməsinin  görüntüləri yayılıb. “Hürriyet”in məlumatına görə, hadisə London-Antalya reysi ilə hərəkət edən hava gəmisində baş verib.

Məlumata görə, dava irqçilik mübahisəsi zəminində yaranıb.

Sərnişinlərdən birinin çəkdiyi görüntülərdə, qadının “Mən afrikalıyam. Xalqım haqqında heç bir söz demə”, ifadələrini işlətdiyi, kişinin də bu sözlərdən sonra ön oturacağa tərəf əyilərək qadını yumruqladığı görünür.

Məlumata görə, təyyarə Antalya Hava limanında eniş etdikdən sonra qadına hücum edən kişi Türkiyə polisi tərəfindən saxlanılıb.

Oxunub : 1620
ŞƏRH YAZ
Ad

E-mail

Şərh