Türkiyəyə uçuşlar bərpa olunur – Zaman açıqlandı - VİDEO

Azərbaycan Hava Yolları Türkiyənin Antalya və digər istirahət zonalarına uçuşları bərpa edə bilər. Bununla bağlı danışıqlar gedir.
Avtosfer.az-ın məlumatına görə, Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev bildirib ki, çoxsaylı müraciətləri nəzərə alaraq, belə bir təklif hazırlanıb və AZAL-a təqdim edilib. Yaxın günlərdə həmin təklifin qəbul ediləcəyi gözlənir. Həmçinin avqustun 1-dən turizim agentlikləri də aviabilet satışı həyata keçirə biləcəklər.
''Yaxın günlərdə Azərbaycandan birbaşa Türkiyənin istirahət zonalarına da aviauçuşlar bərpa olunacaq''.
Bunu ''Xəzər Xəbər''ə açıqlamasında Turizm Agentlikləri Asossiasiyasının sədri Rüfət Hacıyev deyib. Assosiasiya tərəfindən Türkiyənin istirahət mərkəzlərinə uçuşların bərpa edilməsi ilə bağlı təklif hazırlanaraq Azərbaycan Hava Yollarına təqdim edilib.
Rüfət Hacıyev həmçinin onu da bildirdi ki, artıq turizm agentlikləri də aviabiletlərin satışını həyata keçirə biləcəklər. İndiki vəziyyətdə turizm şirkətləri hazırladıqları turpaketlərə aviabiletləri daxil edə bilmirdilər və bu da bir sıra çətinlik yaradırdı. Bu problemin həll edilməsi ilə bağlı Dövlət Turizm Agentliyi, Turizm Assosiasiyası, AZAL və Türk Hava Yolları razılaşma əldə edib.
Turizm üzrə mütəxəssislər bildirirlər ki, Türkiyənin istirahət zonalarına uçuşların bərpa edilməsi və bilet probleminin həlli Azərbaycandan bu ölkəyə gedən turistlərin sayını bir neçə dəfə artıracaq. Artıq tərkibində bilet olan turpaketlər hazırlanıb..
Qeyd edək ki, hazırda AZAL aviareyslerin bərpası üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir. Yaxın vaxtlarda bəzi ölkələrə də uçuşların bərpası gözlənir.
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...










